Prefabrik Modullar:
Prefabrik modullar sistemin müxtəlif komponentlərinin bir və ya daha çox otaqdan ibarət olan, vahid, kompakt və daşına bilən strukturda birləşdirilməsinə imkan verir. Bu modullar quraşdırma, istismara vermə və işə salma müddətini də azaldır. Modullar kompressor otağı üçün işıqlandırma, torpaqlama, qaz sızmasının aşkarlanması sistemi və hava çıxarma sistemi, habelə qaz ventilyasiyası, hava və drenaj bağlantıları, elektrik paneli ilə məhsulun digər komponentləri arasında elektrik bağlantıları ilə birlikdə hazır şəkildə təchiz edilir.
⠀
Tiplər:
⠀
Ecogas
⠀
Modul dəmir-beton konstruksiyasından hazırlanır və müştərinin tələblərinə uyğun olaraq fərdiləşdirilə bilər. Kompressor otağı 2 qurğu üçün nəzərdə tutulur. Kaskadlı balon resiveri sisteminin kompressor otağında və ya ayrıca otaqda quraşdırılması üçün yer olur. Modullar elektrik paneli otağı və/və ya QTM və ÖQ (Qaz Tənzimləyici Məntəqə və Ölçü Qovşağı) ilə təchiz edilə bilər.
⠀
Microbox
⠀
Modullar polad konstruksiyadan hazırlanır və yüngüllüyünə və asanlıqla daşınmasına görə xarici bazarlarda onlara üstünlük verilir. Microbox modulu giriş qapısı, açıq havada quraşdırılması üçün münasib olan dam örtüyü və qaldırma, daşınma əməliyyatları üçün anker nöqtələri ilə təchiz edilir. Təhlükəsiz giriş üçün kilidlənə bilən açar mexanizmi təmin edilir. Tez və təhlükəsiz çıxışı təmin etmək üçün daxili qapılar qəza vəziyyətində açılma sistemi ilə təchiz edilir.
MODELLƏR | Ölçülər (m) – Uzunluq × En × Hündürlük |
M4 | 4,4×2,3×2,4 |
M6 | 6,2×2,3×2,4 |
M8 | 7,6×2,3×2,4 |
M10 | 9,7×2,3×2,4 |
M12 | 12,2×2,4×2,9 |
MICROBOX TEXNİKİ MƏLUMAT VƏRƏQƏSİ
Səs-küy səviyyəsi
3 metr hündürlükdə 75 dB(A) (sorğuya əsasən daha yüksək səviyyəli səssizləşdirmə təklif edə bilərik)
Daxildə quraşdırılmış əsas komponentlər
Kompressor, elektrik paneli, qaz anbarı və amortizasiya (üfürmə) məqsədli kaskadlı balon resiveri sistemi, qaz yönləndirmə və təzyiq tənzimləmə paneli.
Daxildə quraşdırılmış köməkçi sistemlər
Kompressor otağının işıqlandırması, qaz sensoru, akustik və vizual siqnalizasiya sistemi, hava çıxarıcı qurğu, hava kompressoru, qəza düyməsi, elektrik və torpaqlama bağlantıları
İdarəetmə paneli
Modulun içərisində ayrıca otaqda quraşdırıla bilər
Modellər
M4, M6, M8, M10, M12