AZ EN RU
AZ EN RU

Sıxılma modulu

Giriş:

Bu layihə yüksək təzyiqli hidrogenin sınaqdan keçirilməsi məqsədilə CEPSA sınaq və tədqiqat mərkəzində (Madrid yaxınlığındakı Alkala-de-Enares şəhərində) quraşdırılmışdır. Hidrogen mərkəzə saxlanma çənlərində gətirilir.

Hidro Meccanica sıxılma qurğusu hidrogeni 200 bar təzyiqədək sıxır və sonra onu qaz anbarlarında saxlayır.

Müştərinin texniki tələbləri:

  • Giriş təzyiqi: 8 bar
  • Çıxış təzyiqi: 200 bar
  • Giriş təzyiqi 8 bar olduqda maksimum məhsuldarlıq: 14 Sm³/saat (8.3 SCFM)

SAFE-in təqdim etdiyi həllin üstünlükləri və xüsusiyyətləri: 

Idro Meccanica şirkəti TDE90 seriyalı sıxılma modulunu təqdim etmişdir.
Bu, soyutma sistemi, habelə elektrik təchizatı və idarəetmə paneli ilə tam təchiz olunmuş kompakt modul tədqiqat mərkəzinin daxilində quraşdırılmışdır.

Hidrogenin sıxılması və saxlanmasını təmin edən çevik və səmərəli həll.
3 kVt gücündə elektrik mühərrikinə qoşulmuş TDE90 hidro-mexaniki sıxılma qurğusu səmərəlilik və çeviklik baxımından öz sinfində ən yüksək göstəricilərə malikdir. O, geniş təzyiq diapazonunda (8-dən 200 bar-a qədər) işləyə bilir, az sayda iş dövrü və son dərəcədə aşağı enerji sərfiyyatı sayəsində isə istismar müddəti ərzində ümumi enerji istehlakı minimal səviyyədə olur.

12
Paylaş

Digər layihələr