AZ EN RU
AZ EN RU

VİRTUAL BORU KƏMƏRİ

Giriş:

Təbii qazın paylayıcı şəbəkədən uzaq ərazilərdə əlçatan olması nəqliyyat və sənaye sahələrində daha təmiz gələcəyə keçidin mühüm hissəsidir. Virtual Boru Kəməri sıxılmış təbii qazı qaz şəbəkəsinin çatmadığı ərazilərdə tam əlçatan edir. Şotlandiya qaz şəbəkəsinə qoşulmamış üç viski zavodunu Virtual Boru Kəməri texnologiyası vasitəsilə təbii qazla təmin etməsi ilə bu sahədə yaxşı nümunə hesab edilə bilər.

Müştərinin texniki tələbləri:

Qaz boru kəmərinin maksimal işçi təzyiqi (barG)84
Əsas stansiya (yükləmə): Çıxış təzyiqi (barG)250
Əsas stansiya (yükləmə): Qaz balonlu qoşqular üçün doldurma terminalları4
Əsas stansiya (yükləmə): Sıxılma qurğuları1 + 1 ehtiyat sistem
Virtual boru kəməri (çıxış): Təzyiq azaldıcı sistem3
Virtual boru kəməri (çıxış): Təzyiq azaldıcı sistemdən sonrakı çıxış təzyiqi (barG)2

SAFE-in təqdim etdiyi həllin üstünlükləri və xüsusiyyətləri: 
SAFE qaz şəbəkəsindən uzaq ərazilərdə sıxılmış təbii qazın 24/7 paylanmasını, maksimal müstəqilliyi və buraxılış qabiliyyətini təmin edən çevik və etibarlı yükləmə və boşaltma həlləri təqdim edib.

  • Yükləmə prosesi iki ədəd səssizləşdirilmiş və hava şəraitinə davamlı Microbox M6 modulunun köməyi ilə həyata keçirilir. Hər modulun daxilində 450 kVt gücündə elektrik mühərrikinə birbaşa qoşulmuş, geniş diapazonlu giriş təzyiqlərində işləmək imkanına malik SW seriyalı kompressordan ibarət sıxılma xətti quraşdırılıb. Sıxılma qurğusu qazı 56 barG-dən 270 barG-dək sıxmağa qadirdir və maksimum məhsuldarlığı 5820 Sm³/saat təşkil edir.
  • Həllin etibarlılığı və əlçatanlığını artırmaq üçün kompressor qurğusu aşağıdakı sistemlərlə təchiz olunub:
    1. 320 litr tutumlu üfürmə sistemi (maksimal doldurma təzyiqi 68 barG).
    2. Kompressor modulunda quraşdırılmış, sıxılmanın hər pilləsində qazın soyudulmasını təmin edən su əsaslı soyutma sistemi.
  • Qaz balonlu qoşquda maksimum həcmdə qazın saxlanması üçün sıxılma pilləsindən sonra qazın temperaturunu azaltmaq üçün soyutma sistemi təchiz edilib.
  • Elektron idarəetmə paneli və koriolis məsrəfölçəni ilə təchiz olunmuş 4 ədəd ESPH22 dolum dispenseri yanacaqdoldurma prosesinin maksimal dəqiqlik və etibarlılıqla həyata keçirilməsini təmin edir.
  • Qaz təchizatı infrastrukturundan kənarda olan sahələrdə boşaltma prosesi son dərəcədə universal və geniş diapazonlu giriş təzyiqlərində (250 – 10 barG) işləmək imkanına malik SAFE 1200 təzyiq azaldıcı sistemlərinin quraşdırılması ilə təmin edilir. Təzyiq azaldıcı sistemlər təzyiqi iki pilləyə azaldır: ilk növbədə, 270 barG → 65 barG, daha sonra 65 barG → 2 barG. Baypas klapanları sistemi qazın təzyiqin azaldılmasının birinci pilləsindən ikinci pilləsinə birbaşa ötürülməsinə imkan verir.
12
Paylaş

Digər layihələr