Hökumətlər ətraf mühitin qorunması üçün atmosferə qaz buraxan və ya atmosferdə yandıran şirkətlərə qarşı cərimələr nəzərdə tutan bir sıra tədbirlər həyata keçirir. Boru kəməri sistemləri və təbii qazın ötürülməsi ilə məşğul olan digər qaz infrastrukturları müntəzəm şəkildə texniki baxışdan keçirilməli və təmizlənməlidir. SAFE qazın əməliyyat şəbəkəsində və ya digər proseslərdə sıxılaraq yenidən qaz kəməri sisteminə rekuperasiyasınıtəmin edən sistem hazırlayıb.
Müştərinin texniki tələbləri:
⠀⠀⠀
Qazın aşağıdakı texniki xüsusiyyətlərlə rekuperasiyası və boru kəmərində sıxılmasını təmin edə biləcək kompakt və çevik həll tələb olunurdu:
Giriş təzyiqi (barG)
63-dən 3-dək
Giriş temperaturu (°C)
20
Çıxış təzyiqi (barG)
76
Giriş təzyiqi 63 barG olduqda maksimum məhsuldarlıq (sm³/saat)
12000
SAFE-in təqdim etdiyi həllin üstünlükləri və xüsusiyyətləri:
Yüksək çeviklik və səmərəlilik: Açar təhvilinə əsaslanan kompakt həll qazın rekuperasiyasınıtəmin edərək onu yenidən boru kəmərinə yönləndirir. O, elektrik mühərrikinə birləşdirilmiş və sıxılmanın hər pilləsində qazı soyudan kompakt soyutma sistemi ilə eyni modul üzərində quraşdırılmış SAFE SW seriyalı çevik və səmərəli kompressordan ibarətdir. Kompressor qurğusu müxtəlif giriş təzyiqləri (63-3 barG) ilə işləmək qabiliyyətinə malikdir: Kompressor giriş təzyiqi maksimal göstəricidən (63 barG) minimal göstəriciyə (3 barG) düşəndə onun ardınca 1-pilləli, 2-pilləli və 3-pilləli işləmə rejimləri arasında keçid edə bilir. Giriş təzyiqi 63 barG olduqda 12 000 sm³/saat məhsuldarlığı təmin edilməklə müəyyən silindrin fəaliyyəti dayandırılır.
Maksimal təhlükəsizlik standartlarına zəmanət: Bütün sistem səssizləşdirilmiş və hava şəraitinə davamlı konteynerin daxilində təqdim edilir. Konteyner yanğınsöndürmə və yanğın/qaz aşkarlama sistemləri ilə təchiz olunub.
Texniki xidmət üçün funksional dizayn: Kompressor modulunun üzərində quraşdırılmış qaldırıcı kran texniki xidmət müddətini azaltmağa imkan verir. Açar təhvilinə əsaslanan fərdi həll məhsul göndərilməzdən əvvəl SAFE-in istehsal sahəsində tam sınaqdan keçirilir. Bütün quraşdırma, istismara vermə və işə salma tədbirləri SAFE-in texnikləri tərəfindən iş sahəsində həyata keçirilir.