AZ EN RU
AZ EN RU

ÖZÜNƏXİDMƏT

Giriş:
⠀⠀⠀
STQ stansiyaları artıq özünəxidmət rejimində də fəaliyyət göstərir və SAFE-in tətbiq etdiyi həllər sayəsində yüksək təhlükəsizlik və texnoloji standartlara cavab verir. İtaliyada ilk iki ENI markalı özünəxidmət STQ stansiyası tam fəaliyyət göstərir.

Müştərinin texniki tələbləri: Qaz təchizatı zamanı maksimum təhlükəsizliyi təmin etmək üçün İtaliya qanunvericiliyinə tam uyğun olan özünəxidmət rejimli sıxılmış təbii qaz (STQ) paylayıcı stansiyası.

SAFE-in təqdim etdiyi həllin üstünlükləri və xüsusiyyətləri: 

  • Daxili texnoloji innovasiyalar
    Son nəsil dolum dispenserləri: NGV1 bağlantılı ESP modeli iki birləşmə nöqtəsinə, həmçinin təzyiq, temperatur və qazın sıxlığı göstəricilərindən asılı olmadan nəqliyyat vasitəsinə vurulan qazın faktiki ağırlığını (kq) ölçə bilən iki koriolis məsrəfölçəninə malikdir. Özünəxidmət rejimi idarəetmə paneli kalonu ilə dolum dispenserini tənzimləyən ON/OFF düyməsi arasında avtomatik əlaqə sayəsində təmin edilir.
  • Maksimal sadəlik və tam təhlükəsizlik
    1. İstifadəçinin dolum sisteminə rahatlıqla tam baxa biləcəyi nəzarət nöqtəsinin yaradılması. Bu nəzarət nöqtəsi özünəxidmət və xidmət rejimləri arasında tam təhlükəsiz keçidi təmin edir.
    2. Dispenser başlığına qoşulmuş ON/OFF düyməsinin aktivləşdirilməsi və ya deaktiv edilməsi üçün açar sistemi təmin edilib: “remote” (məsafədən) əmri düyməni “on” vəziyyətinə gətirərək özünəxidmət rejimini aktivləşdirir; “local (yerli) əmri düyməni “off” vəziyyətinə gətirərək özünəxidmət rejimini deaktiv edir.
    3. Yanacaqdoldurma prosesinin düzgün və tam təhlükəsiz şəkildə aparılmasını təmin edən mexanizmlər: Dispenser başlığının düzgün istifadə edilməsini göstərən siqnal cihazları, axın sxemi ilə təhlükəsizlik nişanları, paylayıcı qurğunun planı və dolum dispenserinin üzərindəki qəza vəziyyətində nəzarət elementləri.


 

12
Paylaş

Digər layihələr